BMT Təhlükəsizlik Şurası Əfqanıstanla bağlı qətnamə QƏBUL ETDİ

BMT Təhlükəsizlik Şurası Əfqanıstanla bağlı qətnamə QƏBUL ETDİ

BMT Təhlükəsizlik Şurası “Taliban”ın qadınların işləməsinə qadağa qoymasını pisləyən qətnaməni yekdilliklə qəbul edib.

 

Sfera.az xəbər verir ki, onlarla ölkə qətnaməni dəstəkləyib. Qadınların çalışmasına qoyulan qadağanı pisləyən bu qatnamə Əfqanıstan hakimiyyətini bu qərardan əl çəkməyə çağırır.

 

Xatırladaq ki, Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən qısa müddət sonra qızların və qadınların məktəb və universitetlərdə oxumaq imkanlarını məhdudlaşdırıb.

 

Bundan əlavə, 2022-ci ildə ölkədə qadınların əməyinə məhdudiyyətlər tətbiq edilib və 2023-cü ilin əvvəlində bu məhdudiyyətlər gücləndirilib.

 

Nəticədə BMT-nin Əfqanıstandakı missiyalarının əməkdaşları bir neçə həftədir öz vəzifələrini yerinə yetirə bilmirlər ki, bu da dünya təşkilatının bu ölkədə humanitar fəaliyyətini azaldıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR