Azərbaycanda bu sahə üzrə çalışanların orta əməkhaqqı 1 994 manatdır - STATİSTİKA 

Azərbaycanda bu sahə üzrə çalışanların orta əməkhaqqı 1 994 manatdır - STATİSTİKA 

Azərbaycanın nəqliyyat sektorunda çalışan işçi sayı 73 266 nəfərdir. Son bir ildə onların sayı 1 165 nəfər azalıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, nəqliyyatda işləyənlərin 22 701 nəfəri avtomobil nəqliyyatında çalışır. Anbar təsərrüfatı və yardımçı nəqliyyatda 14 586 nəfər, hava nəqliyyatında 12 021 nəfər işçi var. 


Sektorun digər sahələrindən dəniz nəqliyyatında 6 540 nəfər, poçt və kuryer fəaliyyətində 6 178 nəfər, dəmir yolunda 4 519 nəfər, metroda 4 343 nəfər işləyir. 


Nəqliyyatda ən az işçi neft və qaz kəmərləri bölməsindədir. Neft kəmərləri sahəsində 763, qaz kəmərləri sahəsində 1 615 işçi çalışır. Son bir ildə avtomobil, neft kəmərləri və metroda işçi sayı artsa da digərlərində azalıb. 


İşçi sayında daha çox azalma dəmir yolu (694 nəfər) və qaz kəmərləri (617 nəfər) sahələrində qeydə alınıb. 


Nəqliyyatda ən yüksək maaş dəniz nəqliyyatındadır. Burada orta əməkhaqqı 1 994 manatdır. 

 

Hava nəqliyyatında orta maaş 1 711 manat, neft kəmərlərində 1 674 manat, qaz kəmərində 1 533 manat olub. Nəqliyyatda ən aşağı əməkhaqqı isə poçt və kuryer fəaliyyətlərindədir (439,1 manat). 


Vasif


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...