Boğazında alça qalan 3 yaşlı körpə öldü

Hadisə
19:20 / 27.04.2023
3832
Zaqatalada bədbəxt hadisə olub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, 2020-ci il təvəllüdlü David Bəşirovun yaşadığı ünvanda tənəffüs yolunda alça qalıb. D. Bəşirov yolda nəfəs çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.