Çox sevdiyimiz bu yemək depressiyaya SALIR - ARAŞDIRMA + FOTO

Çox sevdiyimiz bu yemək depressiyaya SALIR - ARAŞDIRMA + FOTO

Yeni bir araşdırma bəzi qızardılmış qidalar, xüsusilə də kartof qızartmasının depressiyaya səbəb olduğunu ortaya çıxarıb.

 

Sfera.az bildirir ki, mütəxəssislər isə araşdırmanı şübhə ilə qarşılayıblar.

 

Klinik psixoloq, Kalqari Universitetinin köməkçi professoru Conatan Sti “On ildən artıqdır ki, ağır depressiyadan əziyyət çəkən insanlara kömək etmək üçün xəstəxana şəraitində işləmişəm. Lakin heç vaxt qızardılmış kartofun insanları xəstəxanalıq etdiyini görməmişəm”, deyə sosial media hesabında qeyd edib. O, sözügedən araşdırmanı təəssüf hissi ilə qarşıladığını deyib. Pediatr və tibbi kitabların müəllifi professor Col Şulkin isə “Depressiyaya düşən insanlar əksinə, kartof qızartması yeməyə daha çox meylli ola bilərlər”, - deyə söyləyib.


 
“Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunan araşdırmaya görə, 11 il ərzində qızardılmış qida qəbul edən 140 mindən çox insanda narahatlıq pozğunluğu və depressiya olduğu aşkar edilib. Çinin Hançjou şəhərindən olan tədqiqatçılar tərəfindən aparılan araşdırma yarım milyon britaniyalı iştirakçının genetik, sağlamlıq və həyat tərzi məlumatlarını əhatə edib. “Burada qızardılmış qida, xüsusən də qızardılmış kartof istehlakının daha yüksək narahatlıq və depressiya simptomları riski ilə güclü şəkildə əlaqəli olduğunu aşkar etdik. Kişilər xüsusilə həssas qrupdur. Kartof qızartması yemək narahatlıq pozğunluğu riskini 12 faiz, depressiya riskini isə 7 faiz artırır. Bu, qızartma prosesində meydana gələn akrilamid adlı kimyəvi maddə ilə bağlı ola bilər”, - araşdırmaçılar qeyd edib.

 

ABŞ Qida və Dərman Administrasiyası isə bildirib ki, akrilamidin insanlar üçün hansı riskə səbəb olduğu tam aydın deyil. 

 

Türkan

 

byCamel – Kartof qızartması


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...