Bakıda şadlıq evində dava - Bıçaqlanan var

Bakıda şadlıq evində dava - Bıçaqlanan var

Ötən gecə saat 23 radələrində Binəqədi rayonunda yerləşən "White Palace" şadlıq evində keçirilən məclis zamanı dava-dalaş olub.

 

Sfera.az xəbər verir ki, 2006-cı il təvəllüdlü S.P. 2005-ci il təvəllüdlü H.X-ya döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.P saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.

 

Hadisə zaman hər iki şəxsin spirtli içkinin təsiri altında olması bildirilir.

 

Hazırda Binəqədi RPİ-də araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR