Hadisə Rza ilə eşq yaşadığını deyən aparıcıları məhkəməyə verdi

Hadisə Rza ilə eşq yaşadığını deyən aparıcıları məhkəməyə verdi

Türkiyəli müğənni Hadisə ölkənin TV8 kanalında yayımlanan “Söylemezsem olmaz” verilişinin aparıcıları Seren Serengil, Bircan Bali və “Arto” kimi tanınan Harutyan Dalğanı məhkəməyə verib.

 

Sfera.az xəbər verir ki, buna səbəb həmin verilişdə Hadisənin iş adamı Rza Zərrabla sevgili olduğu iddialarının səsləndirməsidir.

 

Bildirilib ki, verilişdə Hadisə haqqında qeyri-etik ifadələr işlənib.

 

İstanbul Respublika Prokurorluğu tərəfindən 3 şübhəli barəsində ayrı-ayrılıqda araşdırmalar aparılmağa başlanılıb.  

 

İstintaq çərçivəsində ifadəsi alınan Seren Serengil Rza Zərrab və Hadisədən mesajlar aldığını, bunların doğruluğunu təsdiqləmək üçün Zərrabın vəkilinə zəng etdiyini iddia edib.

 

O, xəbər və mesajların həmin vəkil tərəfindən təsdiqləndiyini söyləyib.

 

Bircan Bali və “Arto” isə mövzuya münasibət bildirdiklərini və birbaşa Hadisəni hədəf almadıqlarını deyərək ittihamları rədd ediblər.

 

İddialar təsdiqini taparsa, Seren Serengil 4 il 8 ay, Bircan Bali və “Arto” isə 3 il 6 ay həbs cəzası ala bilərlər.

 

Şübhəlilər yaxın günlərdə İstanbul Cəza Məhkəməsində hakim qarşısına çıxacaq. (qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə yeni çoxfunksiyalı güzəştli kart veriləcək.   Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tər...