Tarixin ilk qadın boksçusu Elizabeth Wilkinson

Tarixin ilk qadın boksçusu Elizabeth Wilkinson

Boks daha çox kişilərlə eyniləşdirilən idman növü olsa da, əslində 18-ci əsrdən etibarən qadınların aktiv şəkildə məşğul olduğu bir idman növüdür.
 

Maraqlıdırsa, Sfera.az sizə tarixdə ilk qadın boksçu olan Elizabeth Wilkinsonun həyatı haqqında qısa yazı təqdim edir.
 

Xüsusilə 18-ci əsrə nəzər saldığımız zaman boks mütləq kişi idmanı kimi görünürdü.
 

Amma Londonda yaşayan Elizabeth Wilkinson (Uilkinson) adlı bu qadın tarixdə ilk qadın boksçu tituluna sahibdir.
Elizabeth Wilkinsonun həyatına dair çox az sənəd bu günə qədər gəlib çatıb. Wilkinson haqqında məlum olan ən dəqiq məlumat onun 18-ci əsrdə Londonda anadan olmasıdır.


Ailəsi və ya uşaqlığı haqqında dəqiq qeydlər olmasa da, Elizabeth Wilkinsonun fəhlə sinfi İngilis ailəsində böyüdüyü məlumdur.
Çoxları Elizabeth Wilkinsonu ilk qeydə alınmış qadın boksçu hesab edir.
Mütəşəkkil küçə döyüşləri 1700-cü illərin əvvəllərində İngiltərədə çox məşhur idi.
 

Ceyms Fiqq adlı boks üzrə təlimatçının idman zalında məşq edən Wilkinson zamanla həm kişilərlə, həm də qadınlarla döyüşə bildiyi üçün şöhrət qazandı.
 

Elizabeth Wilkinsonun ilk sənədləşdirilmiş döyüşü də 1722-ci ilin iyununda baş verdi. Wilkinson, Londonun ilk qadınları arasında mükafat qazanan döyüşdə Newgate Marketdən başqa bir döyüşçü Hannah Hayfieldə meydan oxudu.

 

Hayfieldi məğlub etdikdən sonra Elizabeth James Figgin boks salonlarında müntəzəm döyüşçü oldu. Karyerası 1728-ci ilə qədər davam etdi və ona "Avropa çempionu" və "Klerkenvelin boks çempionu" ləqəbləri qazandırdı.


Elə həmin il Hanna ilə döyüşdü, Marta Cons adlı bir qadınla qarşılaşdı və 22 dəqiqəlik döyüşdən sonra onu məğlub etdi.
 

1722-1726-cı illər arasında Elizabeth Wilkinson təşkilatçı Ceyms Stokes ilə evləndi, o, həm də Fiqqin tərəfdaşlarından biri və boksçu idi.


Cütlük adətən digər cütlərin çətinliklərini qəbul edərdi. Elizabet rəqib cütlüyün xanımı ilə döyüşərkən, Ceyms əri ilə qarşılaşır.
Elizabet zamanla “milli fiqur”a çevrildi. O, boks üzrə müəllimi Ceyms Fiqqdən daha populyar idi.


Elizabetin ilk qeydə alınmış qadın boksçu kimi təsiri digər qadınlara “kişi idmanı” kimi təqdim edilən idmanda iştirak etmək imkanı verdi.
 

Elizabetin bununla minlərlə qadının həyatına toxunduğu açıq-aşkar göz qabağında idi.

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...