Zelenskinin müşavirindən Makrona SƏRT MESAJ: "Məsələ Fransadırsa, Rusiya ilə sülh danışıqları aparın!"

Zelenskinin müşavirindən Makrona SƏRT MESAJ:

Ukrayna Prezidenti Volodimir Zelenskinin milli təhlükəsizlik müşaviri Oleksiy Danilov Makronu Çinin köməyi ilə sülh sazişi şərtləri hazırlamaq cəhdlərini dayandırmağa çağırıb. 

 

Sfera.az  bildirir ki, bu barədə o, “The Telegraph”a açıqlamasında deyib.

 

“Makron Ukrayna xalqının arxasından iş görməyə və Krım kimi əraziləri müzakirə edə biləcəyinə inanırsa, çox yanılır. Mən Makrona Fransanın bir hissəsindən imtina etməyi təklif edirəm. O, bunu edə bilərmi? Bordonu və ya Fransanın digər bir hissəsini başqa ölkəyə versin”, - Danilov bildirib.

 

Nəşr Fransa prezidentinin keçən həftə xarici siyasət üzrə müşaviri Emmanuel Bonneyə gələcək sülh danışıqları üçün Pekinlə işləməyi tapşırdığını xatırladıb. Sözügedən xəbər ictimaiyyətin qəzəbinə səbəb olub. Qeyd edilib ki, bu strategiya Kiyev hökümətinin əvvəlcədən xəbəri olmadan hazırlanıb. Danilov məsələ ilə bağlı fikirlərini belə davam etdirib:

 

“Makron söhbət yalnız Rusiya və Fransa arasındakı məsələlərdən getdiyi halda, onlarla sülh sazişi haqqında danışa bilər. Ukraynasız isə heç kim heç nə ilə bağlı danışıqlar aparmayacaq”.

 

Danilov 2024-cü il prezident seçkiləri ərəfəsində ABŞ-nin dəstəyinin azalması ehtimalı ilə bağlı sualı isə bu cür cavablandırıb: “Ukrayna başqa ölkələrin siyasi həyatına qarışmır”.

 

O həmçinin, 2014-cü ildə Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş Krımı və Baxmut şəhərini Ukrayna qüvvələrinin hədəfləri kimi göstərib. Təhlükəsizlik müşaviri bildirib ki, Ukrayna artıq Kiyevin beynəlxalq tərəfdaşları ilə gizli sövdələşmələr əsasında “Himars”dan ibarət uzaqmənzilli silahlar da alıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...