Tamaşaçıların böyük marağı "Xənnas"ı vizyon tarixinin 20-ci gününə daşıdı - VİDEO

Maqazin
13:52 / 26.04.2023
4150
““Xənnas” filmi ikinci vizyon tarixində bütün ölkə üzrə 20-ci gününü yaşayır”.
Sfera.az bildirir ki, bunu Azərbaycanın ilk qorxu filmi olan "Xənnas”ın rejissoru Elvin Abdulla deyib.
O qeyd edib ki, bu qədər müddət filmin kinoteatrda olmağının tək səbəbi tamaşaçıların göstərdiyi böyük maraqdır:
“Bunu film istehsalçıları çox yaxşı bilir. Filmə olan böyük rəğbətinizdən dolayı bir daha hər kəsə sonsuz təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycanın ilk qorxu filmi olan "Xənnas" 6 apreldən etibarən Azərbaycanın bütün kinoteatrlarında nümayişdədir.
Türkan