\"Belarus Ukraynadakı döyüşlərə girməyə hazırlaşır\" - “Associated Press”

\

Ukrayna Belarusun döyüşlərdə birbaşa iştirakından narahatdır.

 

Sfera.az bildirir ki, buna səbəb belaruslu kişilərin hərbi təlimlərə çağırılması olub.  

 

Minskdə hərbi təlimlərə çağırılan mühəndis Ruslan “Associated Press”ə (AP) açıqlamasında rus qoşunlarının artıq Belarusda olduğunu deyib: “Ölkəmizin Ukraynaya qarşı müharibəyə girməyəcəyini desələr də, rus döyüş təyyarələrinin evimin üstündən Minsk yaxınlığındakı Maçulişçi aviabazasına doğru hərəkət etdiyini eşidirəm. Belarus tədricən hərbi kazarmaya çevrilir”.

 

O, təhlükəsizliyindən narahat olduğu üçün tam adını açıqlamamağa üstünlük verib.

 

Digər Belarus vətəndaşı 54 yaşlı menecer Svyatlana isə bu yaxınlarda şəhərdə yeni Belarus hava hücumundan müdafiə bölməsinin yaradıldığını deyib:Qoşunların sayı artdıqca müharibə qorxusu da artır”.

 

Digər tərəfdən, “AP” Ukrayna Prezidentinin səfərini xatırladıb: “Volodimir Zelenski, bu ayın əvvəlində şimal-qərb Volın vilayətində sərhədçilərə baş çəkərək deyib ki, ölkə Belarusdan mümkün işğala “hazır olmalıdır””.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

14 fevralda Ebru Gündəşi dinləmək üçün 100 min verəcəklər

Sevgililər Günündə Türkiyənin məşhur müğənnisi Ebru Gündeş möhtəşəm konsert proqramı ilə sevənlərinin qarşısına çıxacaq.   Sfera.az türk mediasıa ist...

Tramp İranla bağlı sənədi imzaladı: Azərbaycan və bölgə üçün təsiri nə olacaq? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası hökumətinə maksimum təzyiqi bərpa edən, İranı nüvə silahına aparan bütün yolları rədd edən və İranın xaricdə...

Ağdərədə silah-sursat aşkarlandı- FOTO

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar e...

Çörəklərdə un qurdundan istifadə olunacaq - Yeni QƏRAR

Avropa İttifaqı ölkələrində ultrabənövşəyi radiasiya ilə müalicə olunmuş un qurdlarının süfrəsindən qida maddəsi kimi istifadə etmək mümkün olacaq.  &nb...

Azərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam i...

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.  ...