“Bu məhsulun dəyəri 100 min dollar ola bilər” - “Reuters”

“Bu məhsulun dəyəri 100 min dollar ola bilər” - “Reuters”

Dünyanın ən böyük kriptovalyutası olan “Bitcoin”in qiyməti 2024-cü ilin sonuna kimi 100 min dollara çata bilər. 


Sfera.az xəbər verir ki, bununla bağlı proqnozu “Reuters”ə danışan “Standard Chartered”in rəqəmsal aktivlər üzrə rəhbəri Cef Kendrikin bildirib. 


Onun sözlərinə görə, kriptovalyuta bazarında müşahidə edilən durğunluq sona yaxınlaşır. Kendrik təxmin edir ki, FED faizləri artırmayacaq və bu səbəbdən kriptovalyuta bazarında tələbin güclənməsi müşahidə olunacaq. 


Xatırladaq ki, “Bitcoin”in qiyməti son 10 ayda 2 dəfədən çox enib. Həm “Bitcoin”in, həm də digər kriptovalyutaların dəyər itirməsindən sonra sektorun dəyəri bir neçə trilyon dollar kiçilib. Əgər “Bitcoin”in dəyəri 100 min dollar qədər yüksələrsə, kriptovalyutalara pul qoyan şəxslər böyük məbləğdə gəlir əldə edəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR