Dövlət neçə ailəyə ev verib? - STATİSTİKA

Dövlət neçə ailəyə ev verib? - STATİSTİKA

2022-ci ildə dövlət 1 794 ailəni evlə təmin edib, 991 ailəyə isə güzəştli şərtlərlə mənzil almağa şərait yaradıb.  


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, evlə təmin edilən ailələrin 691-i Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Daha 480 mənzil ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin ailələrə verilib. 


Bunlardan başqa məcburi köçkünlərə 238 mənzil, əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların ailələrə 199 mənzil, Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlara 83 mənzil, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara 12 mənzil verilib. 


Adıçəkilən sosial qruplardan başqa digər ailələr 91 mənzillə təmin olunub. 


Verilən mənzillərin 724 ədədi Bakıda, o cümlədən 423-ü Sabunçuda, 155-i Binəqədidə, 95-i Suraxanı rayonunda yerləşir. Abşeron rayonunda 489 mənzil, Samux rayonunda 83 mənzil, Gəncə şəhərində 68 mənzil, Zəngilan rayonunda 66 mənzil, Beyləqan rayonunda 48 mənzil, Ağcəbədi rayonunda 30 mənzil ailələrə verilib.
Rəsmi məlumatlara əsasən, mənzil alan ailələrin üzvlərinin sayı 6 889 nəfərdir. Verilən mənzillərin ümumi sahəsi 121 313 kvadrat metrdir. Bir mənzilin orta sahəsi isə 67,6 kvadrat metrdir.


Ən böyük mənzillər Zəngilan rayonunda əhaliyə verilən mənzillərdir. Buradakı mənzillərin orta sahəsi 157 kvadrat metrdən çox olub. 


2022-ci ildə ölkəmizdə daha 991 ailə güzəştli şərtlərlə mənzil alıb. Bu ailələrin 815-i Bakının Yasamal rayonunda yerləşib. Bundan başqa daha 176 mənzil Gəncədə güzəştli şərtlərlə ailələrə satılıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...