Əhalinin banklara borcu 11,4 milyard manata çatdı

Əhalinin banklara borcu 11,4 milyard manata çatdı

2023-cü ilin aprelin 1-nə olan məlumata əsasən ev təsərrüfatlarının banklara olan kredit borcu 11,378 milyard manata çatıb.


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar-mart ayları ərzində əhalinin banklara olan kredit borcunda artım 488 milyon manat və ya 4,48 faiz olub. 


Məlumatlardan aydın olur ki, əhali bu ilin birinci rübündə hər ay borclarını orta hesabla 162,6 milyon manat artırıb. 


Əhalinin cəmi kredit borcunun 10,933 milyardı manatla alınan vəsaitlərdir. Xarici valyutada isə 444,6 milyon manat dəyərində borc götürülüb. 


Banklardan alınan borcların böyük hissəsi – 10,121 milyard manatı uzunmüddətli, yəni 1 ildən artıq müddətə götürülüb. 


Əhalinin borclanması ilə bağlı diqqəti cəlb edən əsas dəyişiklik biznes kreditlərinin həcminin artmasıdır. Son məlumata görə, əhalinin biznes kreditləri üzrə borcu 2,288 milyard manata çatmaqla cəmi borcun 20,1 faizini təşkil edib. 


2019-cu illə müqayisədə əhalinin cəmi kredit borcu 1,69 dəfə artdığı halda, biznes kreditləri üzrə borcu 3,62 dəfə artıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Beşbarmaqda BƏDBƏXT HADİSƏ – Paraşütçü yerə çırpıldı

Siyəzən rayonunun Zarat kəndi ərazisində bədbəxt hadisə baş verib.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Beşbarmaq dağından havala...

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...