Biləsuvardakı partlayışda 35 yaşlı qadın ölüb

Biləsuvardakı partlayışda 35 yaşlı qadın ölüb

Ötən gün Biləsuvarda yaşayış binasındakı partlayış zamanı vəfat edən şəxsin kimliyi müəyyən olub.

 

Rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

 

Bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilmişdi. Hazırda onların müalicəsi davam edir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.


OXŞAR XƏBƏRLƏR