Motosiklet ağaca çırpılıb, sürücü ölüb

Hadisə
21:42 / 24.04.2023
3384
Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Sfera.az "report"a istinadən bildirir ki, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Əsgərzadə Dadaş Bəhlul oğlu idarə etdiyi motosikleti ağaca çırpıb. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.