Vaşinqtonun Krımla bağlı proqnozu: “Yay aylarında...”

Vaşinqtonun Krımla bağlı proqnozu: “Yay aylarında...”

“Ukraynanın bu yay Krımı ələ keçirməsi çətindir”.

 

Sfera.az bildirir ki, bu barədə “The Washington Post” Pentaqonun sızdırılan məxfi sənədlərinə istinadən yazıb. Sözügedən məqalədə Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanovun Krımla bağlı fikirləri xatırladılıb:

 

“Budanov  2023-cü ilin yayında Krımı Ukraynaya “geri qaytaracağına” söz vermişdi. Amma Vaşinqton Kiyevin bu istəyinin gerçəkləşəcəyinə şübhə edir. Sızdırılan sənədlər ABŞ kəşfiyyatının bu ssenarini mümkünsüz hesab etdiyini nümayiş etdirir”.

 

Qeyd edək ki, Pentaqon sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrinin hazırlıq səviyyəsini və Qərbin Ukrayna ordusunu gücləndirməyə yönəlmiş planlarını əks etdirən məxfi materialların yayılması ilə bağlı araşdırmalarına davam edir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...