Çavuşoğlu Baydenə: “Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”

Çavuşoğlu Baydenə: “Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”

“Tarixi təhrif etməyə çalışan siyasi fırıldaqçılar yenidən səhnədədir”.

 

Sfera.az bildirir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

 

O, fikirlərini bu cür davam etdirib: “Tarixi siyasi bəyanatlarla yenidən yazmaq olmaz. Bu münasibətdə israrlı olan fürsətçilər gizli niyyətləri və ikiüzlülükləri ilə yadda qalacaqlar. Böyük Türk Millətinə tarix dərsi vermək heç kimin həddinə deyil”.

 

Türkiyə Xarici İşlər Nazirliyi də bəzi ölkələrin dövlət rəsmilərinin səsləndirdiyi fikirlərlə bağlı açıqlama verib. Qeyd olunub ki, 1915-ci il hadisələri ilə bağlı reallığa və beynəlxalq hüquqa uyğun gəlməyən, təəssüf doğuran bəyanatlar tarixi siyasi motivlərlə yenidən yazmağa yönəlmiş əbəs cəhdlərdir: “Heç kəs unutmamalıdır ki, 1915-ci il hadisələri siyasətçilərin öz planlarına və daxili siyasi mülahizələrinə görə müəyyən edilə bilməz. Belə yanaşma yalnız tarixin saxtalaşdırılmasına gətirib çıxarır. Bu qərəzli mövqedə israr edənlər tarixdə ucuz siyasi fürsətçi kimi xatırlanacaqlar. Bizim üçün etibarsız olan bu açıqlamaları rədd edir və bu yanlışda israr edənləri ən sərt şəkildə qınayırıq. Heç kim və heç bir qurum Türkiyəyə öz tarixini öyrədə bilməz”.

 

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 24 aprel 1915 hadisələrinin ildönümü ilə bağlı açıqlamasında "soyqırım" ifadəsini işlədib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...