Binəqədidə dəhşətli qəza - 3 nəfər öldü

Binəqədidə dəhşətli qəza - 3 nəfər öldü

Ötən gecə Bakı şəhər Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.

 

Bakı Beynəlxalq Avtovağzalının qarşısında – Biləcəri qəsəbəsi ərazisində “Nissan” markalı minik avtomobili “Shacman” markalı yük maşınına çırpılıb.

 

Nəticədə “Nissan”da olan şəxslərdən 3 nəfər hadisə yerində vəfat edib, 1 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin yaxın qohum olduğu bildirilir.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR