Bağışlayan bürclər: Onlar üç gündən artıq küsülü qala bilmirlər

Bağışlayan bürclər: Onlar üç gündən artıq küsülü qala bilmirlər

Bəzi bürclərin nümayəndələri sevdiklərinə çox əhəmiyyət verir, qarşı tərəfin səhvlərinə rəğmən güzəştə gedirlər. Bu xüsusiyyətlərinə görə onlar sui-istifadə edilsələr də, heç vaxt bağışlamaqdan çəkinmirlər.

 

Sfera.az bu dəfə küskünlüyə tab gətirməyən bürclər haqqında məlumatı təqdim edir. Sözügedən bürclər sırasına oğlaqlar, balıqlar və əkizlər daxildir.

 

Balıqlar bürcü – Onlar heç vaxt sevdiklərindən inciyə bilmirlər. Qarşı tərəflə böyük mübahisələri olsa da, birtəhər barışmağın yolunu tapırlar. Bu bürcün nümayəndələrində kin saxlamaq vərdişi yoxdur. Bəzən partnyorlarından barışmaq üçün bir addım gözləsələr də,  çox vaxt özləri bunu edirlər.

 

Oğlaq bürcü – Kinli olmayan bu şəxslər bağışlayan tərəfdirlər. İnsanlarla danışmağı sevən oğlaqlar mübahisə etməyin tərəfdarı deyillər. Qarşı tərəflə mübahisə olsa belə, həll yolu tapmağa çalışırlar.

 

Əkizlər bürcü - Bu insanlar ətrafdakı insanlarla danışmağı, daim ünsiyyətdə olmağı çox sevirlər. Ona görə də incimək ağıllarından belə keçmir. Böyük davalara rəğmən,  bir neçə saatdan sonra dərhal barışa bilərlər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR