“Separatçılarının “nəfəsliyini” bağladıq...” – Qarabağda yeni hərbi əməliyyat başlayır?

“Separatçılarının “nəfəsliyini” bağladıq...” – Qarabağda yeni hərbi əməliyyat başlayır?

Xəbər verdiyimiz kimi Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycanla sərhəddə, Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavabdır.

 

Növbəti addımlar nələr ola bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, sözügedən postun qurulması çoxdan gözlənilirdi:

 

“Təcrübə göstərir ki, qarşı tərəf xəbərdarlıqlardan dərs çıxarmaq istəmir. Həmçinin ərazidə təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyan rus sülhməramlıları da ermənilərə “gözün üstündə qaşın var” demək istəmirlər. Bu mənada sərhəd-buraxılış məntəqəsinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Beləliklə, biz haqlı olaraq separatçılarının “nəfəsliyini” bağladıq. Bundan sonra qanunsuz əməllər xeyli məhdudlaşacaq. Gələcəkdə ərazidə digər dövlət qurumlarının, o cümlədən post-patrul xidmətinin də postları qurula bilər. O cümlədən, ermənilər və Qarabağdakı separatçılar məntəqənin qurulmasına "cavab olaraq" təxribatlarını intensivləşdirə bilərlər”.

 

Müsahibimiz bildirib ki, bundan sonra ekofəalların aksiyasına ehtiyac qalmayacaq:

 

“Ehtimal edilən təxribatlarla bağlı yeni gərginliyin yaranması, o cümlədən anti-terror əməliyyatının başlanması mümkündür. Nəzarət-buraxılış məntəqəsinin yaradılması rəsmi Bakının növbəti və kifayət qədər ciddi uğurudur. Bu, təkcə Ermənistana yox, eləcə də digər regional aktorlara Qarabağın Azərbaycanın suverenliyi daxilində olduğuna, oradakı bütün proseslərin bizim daxili işimiz olduğuna dair mesajdır. Hər kəs bilməlidir ki, Qarabağın təhlükəsizliyi bizi birbaşa maraqlandırır və Azərbaycan lazımi tədbirlərə görməyə hazırdır.  Həm İrəvən, həm də onu təhrik edənlər  bu nəticədən və verilən ismarışdan dərs çıxarmalıdırlar. Əks halda növbəti addımlar daha kəskin ola bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...