Göygöldə minik maşını divara çırpıldı: Xəsarət alan var

Göygöldə minik maşını divara çırpıldı: Xəsarət alan var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

 

Hərəkətdə olan minik maşını yoldan çıxaraq hasara çırpılıb. Qəza zamanı minik maşınındakı sərnişin 1963-cü il təvəllüdlü Sahilə Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 


OXŞAR XƏBƏRLƏR