Naxçıvanda türkiyəli usta şirkətdə xəsarət alıb
Cəmiyyət
21:31 / 22.04.2023
8504
Naxçıvanda usta iş vaxtı qəza nəticəsində xəsarət alıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən şirkətdə qeydə alınıb. Orada çalışan 1977-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı, Trabzon şəhər sakini Murat Bülbül Ekremin sol ayağı dəzgaha düşüb.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.