"Yeni batalyonlar və bölmələr hazırlayırıq" - Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski dünən Kiyevin bəzi əraziləri zəbt edən Rusiya qüvvələrinə qarşı yeni hərbi hissələrin formalaşdığını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Zelenski gündəlik videomüraciətində deyib:

 

“Biz artıq cəbhədə yerləşdirmək üçün yeni batalyonlar və bölmələr hazırlayırıq”.

 

Zelenski əlavə edib ki, Baş Qərargahla danışıqlarında əsas diqqət Ukraynanı Rusiya işğalından xilas etmək üçün hər cür imkanın yaradılmasına yönəlib.

 

“Ukraynada hər kəs başa düşməlidir ki, dövlətin əsas vəzifəsi torpaqlarımızın işğalına son qoymaq, torpaqlarımızı və vətəndaşlarımızı geri qaytarmaq, onları rus əsarətindən azad etməkdir”, - Ukrayna lideri çıxışında bildirib.

 

Zelenski dövlət resurslarının əsasən buna sərf ediləcəyini deyərək, “cəbhə xəttinin ən yüksək prioritet olduğunu” vurğulayıb.

 

Ukrayna prezidenti dəstəyə görə Qərb müttəfiqlərinə təşəkkür edib.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...