Rusiya neft və qazın pulunu bu valyutalarla alacaq – Dollar və avrodan imtina edilir

Rusiya neft və qazın pulunu bu valyutalarla alacaq – Dollar və avrodan imtina edilir

Rusiya enerji resursları üçün ödəniş edərkən milli valyutalara keçmək qərarına gəlib. 


Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Aleksandr Novak bildirib.


Novakın sözlərinə görə, Rusiya hesablaşmalar üçün avro və dollardan istifadədən imtina etmək, əvəzində rubl və yuana keçmək niyyətindədir:

 

“Son aylarda dollar və ya avrodan daha az istifadə edilir. Bu valyutalarla hesablaşmalarla bağlı mövcud problemləri nəzərə alaraq, hesablamalarımızda biz milli valyutalara keçirik. Milli valyutalarla hesablaşma artıq qismən başlanılıb”.


Vasif

 


OXŞAR XƏBƏRLƏR