""20 Yanvar" metrostansiyasında partlayış var" dedi... - Polis HƏRƏKƏTƏ KEÇDİ

“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub.

 

Sfera.az xəbər verir ki, 32 yaşlı Aqil Vəliyev (şərti) axşam saatlarında Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib.

 

Məsələ araşdırılan zaman məlum olub ki, belə bir hadisə baş verməyib. Məlumatı verən şəxsin isə Sumqayıtda yaşadığı müəyyən edilib. Polis əməkdaşları həmin ünvana gedərək Aqil Vəliyevi polis bölməsinə dəvət ediblər. Lakin o, bölməyə getməkdən imtina edib. Bundan sonra vətəndaşı məcburi qaydada avtopatrula əyləşdirərək Sumqayıtda 4-cü Polis Bölməsinə aparıblar. Müayinə zamanı onda orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunub. A.Vəliyev izahatında içkili olduğu üçün bu hərəkəti etdiyini deyib.

 

Aqil Vəliyev barəsində protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən protokol əsaslı hesab olunub və A.Vəliyev 30 gün müddətinə həbs edilib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəh...

Uşaqlar arasında yayılan yeni infeksiyanın ƏLAMƏTLƏRİ

Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.   Həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxm...

Belarus ordusunun Baş Qərargah rəisi Azərbaycana gəldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayo...

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtal...

Qarabağ Universitetinin yeni fakültələri hansılardır? - VİDEO

Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək..   Sfera.az bildirir ki,...

Ərdoğan Zelenskilə görüşdü- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.   Sfera.az...