Azərbaycandakı qadın sahibkarların sayı AÇIQLANDI

Azərbaycandakı qadın sahibkarların sayı AÇIQLANDI

Azərbaycanda 1,249 milyon fərdi sahibkar var. 


Sfera.az xəbər verir ki, fərdi sahibkarların 77,8 faizini kişilər, 22,2 faizini isə qadınlar təşkil edir. 


Kişi fərdi sahibkarların sayı 971 683-ə, qadın sahiblarların sayı isə 277 246-ya çatıb. 


Qadın sahibkarlar daha çox kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində (qadın sahibkarların 24,8 faizi) və ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində (21,2 faiz) fəaliyyət göstərir.


Sahibkar qadınların 29,5 faizi Bakıda, 10,2 faizi Lənkəran-Astara, 9,2 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (26,6%), Gəncə-Daşkəsən (25,4%), Naxçıvan Muxtar Respublikası (24,5%), Bakı (24,1%), Lənkəran-Astara (22,3%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.


Vasif

 


OXŞAR XƏBƏRLƏR