Bu ölkə ABŞ sanksiyalarına qarşı hazırlıq görür: Qızıl ehtiyatı artırılır, istiqrazlar satılır

Bu ölkə ABŞ sanksiyalarına qarşı hazırlıq görür: Qızıl ehtiyatı artırılır, istiqrazlar satılır

Son beş ayda Çinin mərkəzi bankı qızıl ehtiyatlarını artırır, eyni zamanda sahib olduğu ABŞ istiqrazlarının həcmini azaldır. 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Epoch Times” qəzeti məlumat yayıb. 


Məlumata əsasən, 2019-cu ilin sentyabrından 2022-ci ilin oktyabrına qədər Çinin qızıl ehtiyatları dəyişməz qalıb. 2022-ci ilin noyabrından bu ilin martına qədər isə Çin 3,86 milyon troya unsiya (təxminən 120 ton) qızıl alıb. 


Alışların artmasından sonra Çin qızıl ehtiyatlarının böyüklüyünə görə dünyada altıncı sıraya yüksəlib. 


Eyni zamanda Çin ABŞ dövlət istiqrazlarını satır. 2023-cü ilin yanvarın sonuna olan məlumata görə, Çinin 859,4 milyard dollarlıq ABŞ istiqrazları var. Amma bir neçə ay öncə istiqrazların həcmi 1 trilyon dollardan çox idi. 


Ekspertlərin fikrincə, bu cür addımlar Çinin ABŞ-nin mümkün sanksiyalarından qorunmaq məqsədilə atılır. Rəsmi Pekin istisna etmir ki, ABŞ administrasiyası müxtəlif  “bəhanələrlə” Çini dollar ilə ödəniş sistemindən xaric edəcək.


Vasif


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...