Boşanmağa hazırlaşan Demet Özdemir bu barədə ilk dəfə DANIŞDI

Boşanmağa hazırlaşan Demet Özdemir bu barədə ilk dəfə DANIŞDI

Aktyor və müğənni Oğuzhan Koçla 7 aylıq evliliyini bitirməyə hazırlaşan türkiyəli aktrisa Demet Özdemir səssizliyini pozub.

 

Sfera.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Demet Özdemir ötən gün jurnal çəkilişləri üçün Emirqanda olub. Qayıqda obyektiv qarşısına keçən məşhur aktrisa çəkilişdən sonra onu gözləyən müxbirlərin suallarını cavablandırıb.

 

“Aldatma və zorakılıq iddiaları doğru deyil. Aramızda kin, nifrət, qəzəb yoxdur. İddialara təəccüblənmirəm. Belə bir şey olacağını bilirdim. Heç biri həqiqəti əks etdirmir. İkimiz də hörmət çərçivəsində münasibətimizə son qoymaq qərarına gəldik”, - deyə Demet Özdemir vurğulayıb. 


Oğuzhana xəyanət etdiyi, məsələnin üstü açıldığı üçün də şiddətə məruz qaldığı deyilən aktrisa dedi-qoduların onu əsəbləşdirdiyini bildirib:


“Münasibət bitəndən sonra danışmaq nə mənə, nə də Oğuzhana yaraşar. Ev, mülk dedi-qoduları da məni çox üzür. Heç biri real deyil. Belə şeylərdən danışmamışıq”.

 

Demet Özdemir və Oğuzhan Koç boşanmaq qərarına gələndə toylarında toplanan sərvət dəyərindəki zinət əşyalarının kimdə qalacağı da maraq mövzusu olmuşdu. Aktrisa bu suala cavab verməyib. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...