Ronaldonun Səudiyyə Ərəbistanındakı lüks evindən görüntülər yayıldı – FOTO

Ronaldonun Səudiyyə Ərəbistanındakı lüks evindən görüntülər yayıldı – FOTO

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edən məşhur futbolçu Kriştiano Ronaldonun ailəsi ilə birlikdə Ər-Riyadda yaşadığı evin görüntüləri yayılıb.

 

Sfera.az xəbər verir ki, futbol tarixinin ən böyük müqaviləsi ilə “Mançester Yunayted”dən sonra Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına transfer olunan Ronaldo Ər-Riyadda krallar kimi yaşayır.

 

İllik 214 milyon dollara imza ataraq rekord qıran ulduz futbolçu mətbuat konfransında “Avropada işlərim bitdi, bütün kubokları qazandım. Burada xoşbəxtəm, bilik və təcrübəmlə buradakı insanlara töhfə vermək istəyirəm” deyərək Səudiyyə Ərəbistanında ürəkləri fəth etmişdi. 

 

Ronaldonun hazırda yaşadığı ev ötən gün investisiya mütəxəssisi Robert Ekklsin radio proqramına mövzu olub. Bildirilib ki, transferdən sonra nişanlısı Corcina Rodriqez və 4 uşağı ilə Ər-Riyada köçən məşhur ulduzun yaşadığı mənzil göz qamaşdırır. Mənzil şəhərin ən prestijli binalarından biri olan “Four Seasons Riyadh”da yerləşir. Ronaldo bu penthaus üçün ayda 300 min dollar kirayə verir.


Digər tərəfdən, məşhur idmançının Madriddəki evini kirayəyə vermək istədiyi də öyrənilib. Onun 4,8 milyon funt-sterlinq dəyərində olan lüks evi üçün 8800 funt-sterlinq kirayə istədiyi iddia edilib. İngilis qəzetləri bu məsələyə diqqət çəkərək portuqaliyalı ulduzun təkrar İspaniyada oynamaq ehtimalının olmadığını yazıblar. 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...