İlon Maskın bu qərarından Ronaldo və Beyons zərər gördü - FOTOLAR

"Twitter" yenidən “mavi işarə” qərarı ilə sosial mediada gündəm yaratmağı bacarıb. Belə ki, sosial media platforması dünən minlərlə hesabdan "mavi işarə"ləri silməyə başlayıb.
Sfera.az xəbər verir ki, "mavi işarə"sini itirənlər arasında Beyons və Kriştiano Ronaldo da var.
Qeyd edək ki, "Twitter" sahibi İlon Mask qazanc əldə etmək üçün sosial media şirkətini əsaslı şəkildə yenidən qurmağa çalışdığını bəyan etmişdi. İndi "mavi işarə"sini itirmək istəməyən istifadəçilər "Twitter Blue"ya abunə olmalıdır. İstifadəçilər bunun üçün ayda ən az 9$ ödəməlidirlər.
Qərara baxmayaraq bəzi məşhurların "mavi işarə"ləri hələ də qalmaqdadır.
Məsələn, NBA-nın ulduz basketbolçusu LeBron Ceyms "mavi işarə" üçün pul ödəməyəcəyini söyləsə də, İlon Mask tərəfindən hədiyyə edilən pulsuz abunəliklə "mavi işarə"yə sahibdir.
Mask təsdiqləyib ki, eyni razılaşma əfsanəvi yazıçı Stiven Kinq və “Ulduz Yolu kainatı”nda "Kapitan Kirk" rolunu oynayan usta aktyor Uilyam Şatnerə də aiddir.
Aynil