Parkinq davası: Qonşusunun avtomobilini zibil sellofanına bürüdü - FOTO

Parkinq davası: Qonşusunun avtomobilini zibil sellofanına bürüdü - FOTO

49 yaşlı Tob Beyli qonşusunun avtomobilini bir gündən çox müddətə yolunu bağladığına görə qara sellofana büküb.


Sfera.az xəbər verir ki, hadisə ABŞ-nin Kent ştatının Margate şəhərində baş verib.

 

Tob Bailey bununla evinin qarşısındakı keçidi və parkinqini qadağan edən işarəyə məhəl qoymayan və keçidi davamlı şəkildə bağlayan qonşusuna dərs vermək istəyib:

 

"Mən 26 ev və 24 parkinq yeri olan bir küçədə yaşayıram. Keçən il səki çəkmək və "parkinq qadağandır" nişanlarını quraşdırmaq üçün təxminən 2000 funt sterlinq xərcləmişik.Lakin insanlar hələ də qadağalara məhəl qoymurlar".


Tobun dediyinə görə, bir axşam işdən evə gələrkən evin kənarında dayanan avtomobil görüb və xəbərdarlıq edib:

 

"Qeyd yazıb qabaq şüşəyə yapışdırdım ki, sahibi maşınını aparsın. Heç nə olmadı. Yemək yemək üçün evdən çıxdım və geri qayıdanda gördüm ki, avtomobil hələ də oradadır. Ertəsi gün də orada idi və qızım bundan şikayətlənirdi. Artıq dözə bilmədim və onun maşınını zibil sellofanına bürüdüm!".

 

Tob Beyli bildirib ki, yalnız bundan sonra qonşusu ondan üzr istəyərək maşını evinin qarşısından geri çəkib və bir daha orada maşın saxlamayacağını bildirib:

 

"Mən pis insan deyiləm, sadəcə öz fikirlərimi gülməli və zərərsiz şəkildə çatdırmağı xoşlayıram".

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...