"Sənətkar həyatı budur, dünən səhnədə, bu gün isə..."

"Bu gün və sabah Akademik Milli Dram teatrında çox sevilən "Xurşudbanu Natəvan" tamaşası sizlər, teatr sevənlər üçündür. Tamaşanın quruluşcu rejisoru hər zaman qəlblərdə yaşayacaq böyük sənətkar Xalq artisti, Şərəf və Şöhrət ordenli rejisorumuz Azər Paşa Nemətovdur. Allah sizə rəhmət eləsin".

 

Sfera.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. Aktrisa "Xurşudbanu Natəvan" tamaşasının növbəti nümayişinin mərhum Xalq artisti, teatrın direktoru Azər Paşa Nemətovun xatirəsinə həsr olunacağını bildirib:

 

"Sənətkar həyatı budur: dünən səhnədə idi, bu gün isə imza qoyduğu tamaşalarla qəlblərdədir. Sizin alqışınıza, oyunum haqqında söylədiyiniz gözəl sözlərə ehtiyacım olacaq. Aprelin 23-də də "Mənim günahım" tamaşası ilə səhnədə olacağam, Allah izin verərsə. Azər müəllim, demişdiniz sən səhnədə ol. Onsuz da həyatımı, ömrümü səhnəyə, sənətimə həsr etmişəm. Həyat, sən nə qəribəsən".


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...