Azərbaycanda xüsusi cihazla qızıl axtaran şəxs həbs edildi

Azərbaycanda xüsusi cihazla qızıl axtaran şəxs həbs edildi

Aprelin 18-də Astara rayonunda xüsusi cihaz vasitəsilə qızıl axtaran şəxs polis tərəfindən saxlanılıb.

 

Sfera.az-ın məlumata görə, hadisə rayonun Hamuşam kəndində baş verib.

 

Kənd sakinləri polisə müraciət edərək 1977-ci il təvəllüdlü Vidadi Vəliyevin (şərti ad-soyadlı) yaşadıqları ərazidə qanunsuz qızıl axtardığını və ondan şikayətçi olduqlarını bildiriblər. Hadisə yerinə polis əməkdaşları gəlib və həmin şəxsi Astara Rayon Polis Şöbəsinə aparmaq istəyiblər. Bu zaman V.Vəliyev qanunsuz əməl törətmədiyini deyərək etiraz edib.

 

Polislərin məcburi qaydada RPŞ-yə apardıqları şəxs barəsində inzibati protokol tərtib edilib.

 

Xüsusi cihazla qızıl axtaran şəxs daha sonra Astara Rayon Məhkəməsinə aparılıb və məhkəmənin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...