Bu üç səbəb rublu ucuzlaşdırır - Maliyyə mütəxəsisi

Bu üç səbəb rublu ucuzlaşdırır - Maliyyə mütəxəsisi

Rusiya rublu son aylarda nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Bir neçə ay əvvələ nisbətən dollar rubla nəzərən 30 faizdən çox yüksəlib.


Sfera.az RBC-ya istinadən xəbər verir ki, maliyyə mütəxəsisi Mixayıl Şulqin Rusiyada dolların bahalaşmasını 3 səbəblə əlaqələndirir.


Şulqin xatırladıb ki, rubl 2022-ci ilin noyabrındab stabil qaydada ucuzlaşır. “Amma bu ilin martında və aprelində ucuzlaşma tempi güclənib”, - deyən Şulqin ucuzlaşmanı bu səbəblərlə əlaqələndirib:

 

“Bu il Rusiyanın ixracı stabil şəkildə azalır, amma idxal eyni templərlə artır. İkinci səbəb xaricə kapital axınında artımın davam etməsidir. Üçüncü səbəb ilin əvvəlində dövlət büdcəsində kəsirin sürətlə artmasıdır. Sadaladığım səbəblər rublun məzənnəsi üzərində təzyiqi artırıb”.


Şulqin hesab edir ki, rublun dəyərdən düşməsinə daha çox ixracın, konkret olaraq neft ixracının azalması təsir göstərib:

 

“Dövlət büdcəsində Rusiyanın satdığı “Urals” neftinin qiyməti 70,1 dollardan götürülüb. Bu qiymət əsas götürüldüyündə dollar 68,3 rubl olacaqdı. Lakin birinci rübə dair açıqlanan məlumatlar göstərir ki, neftin orta qiyməti 48,92 dollar olub. Buna uyğun olaraq ilk rübdə dolların məzənnəsi 73,56 rubla yüksəlib.


Yeni proqnoza görə 2023-cü ildə “Urals” neftinin orta qiyməti 50-51 dollar dollar təşkil edəcək. Buna uyğun olaraq dolların məzənnəsi də dəyişəcək.”


Şulqin yuxarıda sadalanan səbəblərin qalacağı təqdirdə rublun bir qədər də dəyər itirəcəyini proqnozlaşdırır.


Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...