Daha bir ölkə Ukraynadan taxıl idxalına qadağa qoydu - SƏBƏB

Daha bir ölkə Ukraynadan taxıl idxalına qadağa qoydu - SƏBƏB

Bolqarıstan Ukraynadan taxıl, süd və süd məhsulları, ət və şərab da daxil olmaqla 20 kənd təsərrüfatı məhsulunun idxalını müvəqqəti olaraq qadağan edib.

 

Sfera.az xəbər verir ki, Polşa, Macarıstan və Slovakiyadan sonra Bolqarıstan da bəzi kənd təsərrüfatı və ərzaq məhsullarının Ukraynadan idxalına qadağa qoyub.

 

Bolqarıstanın Baş naziri vəzifəsini icra edən Qalab Donev mətbuata açıqlamasında Avropa Birliyinin həmrəylik dəhlizləri ideyasına baxmayaraq, ötən il Ukraynadan idxal edilən kənd təsərrüfatı və ərzaq məhsullarının əhəmiyyətli hissəsinin Bolqarıstanda qaldığını və bu vəziyyətin əsas istehsal və ticarət şəbəkələrində qeyri-sabitliyə səbəb olduğunu bildirib. 


Nazir qeyd edib ki, bu vəziyyət əsas istehsal və ticarət şəbəkələrində qeyri-sabitliyə səbəb olduğundan belə qərar qəbul ediblər.

 

Ukrayna ilə həmrəy olduqlarını bildirən Donev, "Bolqarıstan vətəndaşlarının problemlərini həll etməyə çalışan bir hökumət buna icazə verə bilməz" , - deyib.

 

Aprelin 24-dən qüvvəyə minəcək qadağa ilə taxıl, süd və süd məhsulları, qırmızı ət, bal, quş əti və məhsulları, şərab və sirkə daxil olmaqla 20-yə yaxın məhsulun idxalına qadağa qoyulub. İyunun 30-dək qüvvədə olacaq qadağa, sözügedən məhsulların Bolqarıstan ərazisindən tranzitini əhatə etmir.


Bolqarıstanın Kənd Təsərrüfatı Naziri Jawor Geczew ölkədəki taxıl istehsalçılarının çətin vəziyyətdə olduğunu, satılmamış məhsullarla dolu anbarlarda yeni məhsula yer olmadığını və yalnız bu istehsalçıların itkilərinin 1 milyard avro təşkil etdiyini bildirib.

 

Xatırladaq ki, Avropa İttifaqı ölkələrindən olan Polşa, Macarıstan və Slovakiya bu yaxınlarda iyunun 30-dək Ukraynadan kənd təsərrüfatı və ərzaq məhsullarının gətirilməsinə qadağa qoyub. Polşa və Macarıstan öz fermerlərini qorumaq üçün belə bir qərar qəbul etdiklərini açıqlasalar da, Slovakiya Ukraynadan gətirilən taxılın laboratoriyalarda yoxlanılmasından sonra, standartlardan yüksək pestisidlər aşkar edildikdən sonra qadağa qərarı alıb. 

 

Lalə

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...