ABŞ-ın Oklahoma ştatında tornado həyatı iflic etdi: 2 nəfər öldü

ABŞ-ın Oklahoma ştatında tornado həyatı iflic etdi: 2 nəfər öldü

ABŞ-ın Oklahoma ştatında tornado həyatı iflic edib. 


Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, tornado nəticəsində iki nəfər ölüb.


Makkleyn qraflığında evlərə və bəzi tikililərə böyük ziyan dəyib. Əraziyə xilasedici qruplar göndərilib.

 

Bölgənin Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada Koul qəsəbəsində 2 nəfərin öldüyü, yaralılara tibbi yardım göstərildiyi bildirilib. Komandaların axtarış-xilasetmə işlərini davam etdirdiyi, ölənlərin sayının arta biləcəyi qeyd edilib. Bəzi sakinlərin sığınacaqlarda köməksiz qaldığı da vurğulanıb.

 

Tornado səbəbindən ştatda 20 min abonent işıqsız qalıb.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR