Ceyhun Bayramov Qazaxıstan səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Qazaxıstan səfirini qəbul etdi - FOTO

Bu gün Ceyhun Bayramov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

 

Bu barədə Sfera.az-a XİN-dən bildirilib.

 

Görüş zamanı tərəflər Azərbaycan və qardaş Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda yüksək səviyyəli səmərəli əməkdaşlığı, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıblar.

 

Azərbaycan və Qazaxıstan arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən nazir Ceyhun Bayramov, bu möhkəm təməl üzərində qurulan Azərbaycan və Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.

 

Nazir fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərə verdiyi töhfəyə görə səfir Serjan Abdıkarimova təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Səfir, öz növbəsində diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişafından məmnun olduğunu diqqətə çatdıran səfir, gələcəkdə həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin davam edəcəyindən əminliyini ifadə edib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...