\"Alatoranlıq\" pərəstişkarlarını sevindirir - Film seriala çevriləcək

\

Hollivudda filmlərin daha populyar serial formatına çevrilməsi və remeykləri dövrü gəlib çatmışdır. Məşhur "Twilight" (Alatoranlıq) da televiziya serialına çevriləcək.

 

Sfera.az bildirir ki, yazıçı Stiveni Meyerin romanları əsasında çəkilmiş serial “Lionsgate Television” tərəfindən istehsal olunacaq. Layihə üzərində iş artıq başlayıb, lakin hələ ki, ilkin mərhələdədir. Bella və Edvard Kalleni kimin canlandıracağı hələ məlum deyil.
 

Həm də yeni serialın hələ ssenari müəllifi yoxdur. Yeni versiyanın icraçı prodüseri Uik Qodfrey və “Lionsgate Motion Picture Group”un keçmiş vitse-prezidenti Erik Feiq seçilib.
 

Məşhur “Paramount Pictures” tərəfindən rədd edildikdən sonra “Twilight” seriyası kitablarının hüquqlarını “Summit Entertainment” əldə edib. Bu, çox yaxşı qərar idi.


Dünya prokatında 3,4 milyard dollardan çox gəlir əldə edən beş film nümayiş olunub.
"Twilight" pop mədəniyyət fenomeni kimi özünü təsdiqlədi.
 

2020-ci ildə yazıçı Stephenie Meyer müsahibəsində etiraf edib ki, romanlarının populyarlaşmasına sevinsə də, bunun niyə baş verdiyini anlaya bilmir.
 

O, Bella Swan və vampir Edvard Kallen arasındakı sevgi hekayəsini yalnız ailəsinin oxuyacağını gözlədiyini və bunu ona “rəhm etdiyi üçün" edəcəklərini etiraf edib.
 

Populyarlıq gözlədiyi barədə soruşduqda, Stefani: "Yox və heç vaxt" cavabı verib.
 

"Yaxın ailəmdən başqa kimsənin "Alatoran"ı oxuyacağını düşünmürdüm və bunu mənə yazığı gəldikləri üçün edəcəklərini güman edirdim. Mən hələ də bu filmin fenomenə tam inanmıram”deyib.
 

Stefaninin serialın çəkilişlərində iştirak edəcəyi artıq məlumdur.
 

Xatırladaq ki, daha əvvəl də “Lionsgate Television” studiyası Stefani Mayerin kitablarını lentə alıb: 2008-2012-ci illərdə beş tammetrajlı film buraxılıb. Baş rollarda Kristen Stewart, Robert Pattinson və Taylor Lautner. Maraqlıdır ki, Edvard Kallen rolunda Stefani özü Henri Kavilli görmək istəyib, lakin çəkilişlər başlayanda Henrinin artıq 25 yaşı var idi və o, 17 yaşlı oğlan rolunu oynaya bilməzdi.

Stephenie Meyerin kitablarının süjeti 17 yaşlı Bella Swan adlı qızın Forks qəsəbəsinə atasının yanına köçməsi və Edvard adlı yaraşıqlı gənclə tanış olmasının hekayəsidir. Onu bir neçə dəfə xilas etdikdən sonra Edvard onun fövqəltəbii güclərə malik olduğunu başa düşür. Sonradan məlum olur ki, o, vampirdir, lakin ailəsi insanların qanını içməkdən imtina edib.
 

Taylor Lautner Bellaya aşiq olan canavar Ceykob Blek rolunu oynayır. Lakin "Alatoranlıq" filmindəki rolu üçün sıçrayış sayılan Stüart və Pattinsondan fərqli olaraq, Lautnerin kino karyerası o qədər də uğurlu olmayıb. Lautner o qədər də gəlirli təkliflər almayıb və kino tənqidçiləri onun oyununu çox yüksək qiymətləndirməyib.
 

O, keçən il sevgilisi Taylor Dome ilə evlənib. Taylor Lautner verdiyi müsahibədə həyat yoldaşı ilə adaş olmaqları haqda zarafat edib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...