Aİ bu fermerlərə 100 milyon avro təzminat ödəyəcək

Aİ bu fermerlərə 100 milyon avro təzminat ödəyəcək

Avropa İttifaqı Ukrayna taxıl ixracının artmasının maraqlarına toxunan Ukrayna ilə həmsərhəd 5 ölkədə fermerlərə kompensasiya olaraq 100 milyon avro ayırmağa hazırlaşır.
 

Sfera.az xəbər verir ki, Polşa və Macarıstan Ukraynanın kənd təsərrüfatı məhsullarının tədarükünü qadağan etdikdən sonra Aİ rəhbərliyi Ukrayna ilə həmsərhəd 5 Avropa ölkəsinin fermerlərinin xərclərini ödəmək qərarına gəlib.
 

Polşa və Macarıstanın həftəsonu taxıl tədarükünü dayandırmasından və digər maraqlı dövlətlərin də buna əməl edəcəklərini bildirməsindən sonra Avropa İttifaqının rəhbərliyi hərəkətə keçməyə və problemə alternativ həll yolu tapmağa məcbur olub.
 

Bu qərardan əvvəl avropalı fermerlərin Ukraynadan ucuz taxıl idxalına etirazları olub. Daşınma çətinlikləri səbəbindən Ukrayna istehsalı olan məhsullar bu ölkələrdə qalıb ki, bu da yerli fermerləri öz taxılını aşağı qiymətlərlə satmağa və müvafiq olaraq, qazancını itirməyə məcbur edib.


Avropa Komissiyası aprelin 20-də Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyanın kollektiv şikayətindən sonra Ukrayna taxıl, qarğıdalı, günəbaxan və digər dənli bitkilərə qarşı profilaktik tədbirlər gördüyünü bildirib.
 

Avropa İttifaqının nümayəndələri onu da bildiriblər ki, Ukrayna taxılı bu ölkələrə yalnız digər ölkələrə ixrac üçün gətiriləcək və bu cür tədbirlər iyun ayına qədər davam edəcək. Ukraynadan kənd təsərrüfatı məhsulları Afrika və Yaxın Şərq ölkələrinə göndəriləcək.
 

Xatırladaq ki, Avropa Komissiyası Polşa və Macarıstanın hərəkətlərini qəbuledilməz adlandırıb. Komissiya Brüsseldəki ölkələrin hökumətindən Kiyevə tətbiq edilən məhdudiyyətləri qiymətləndirməyin mümkün olması üçün əlavə məlumat tələb ediblər.


Aysel

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR