Bayram faciəsi - Humanitar yardım almağa çalışan 80-ə yaxın adam öldü - VİDEO

Bayram faciəsi - Humanitar yardım almağa çalışan 80-ə yaxın adam öldü - VİDEO

Bu gün Yəmənin paytaxtında adambaşına 9 dollar dəyərində humanitar yardım almağa çalışan azı 78 nəfər həlak olub.
 

Sfera.az bildirir ki, humanitar yardım almaq istəyən 80-ə yaxın adam ölüb, onlarla insan yaralanıb, onlardan ən azı 13 nəfərin vəziyyəti ağırdır.
 

Bildirilir ki, onlarla insanın ölümünə müsəlmanların müqəddəs Ramazan ayının son günlərində humanitar yardım növbələrində yaranan izdiham səbəb olub. Yüzlərlə insan 5000 Yəmən rialı almaq üçün məktəbə toplaşıb ki, Qeyd edək ki, 5000 Yəmən rialı təqribi 9 dollara bərabərdir.
 

Yardım istəyənlərin çoxu yaralanıb, onlardan ən azı 13 nəfərin vəziyyəti ağırdır.


Jurnalistlərin məlumatına görə, Yəmənin Daxili İşlər Nazirliyi xeyriyyə aksiyasının təşkilinə görə məsul olan iki nəfərin həbs edildiyini açıqlayıb. Faktla bağlı araşdırma aparılır.
 

KİV-in məlumatına görə, güclü izdihamın səbəbi husilərin kütləni nəzarətdə saxlamağa çalışaraq havaya atəş açması nəticəsində yaranan panika olub. Nəticədə elektrik naqilinin zədələndiyi və partlayış səsinin eşidildiyi ehtimal edilir.
 

Sənadakı Əl-Təvra xəstəxanasının direktor müavini Həmdan Baqeri ən azı 73 yaralının xəstəxanaya yerləşdirildiyini bildirib. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
 

Yəmən Daxili İşlər Nazirliyinin sözçüsü Abdel-Xalek əl-Agri bildirib ki, faciəyə yerli rəsmilərin razılığı olmadan vəsaitlərin təsadüfi paylanması səbəb olub.
 

Xatırladaq ki, martın 31-də Pakistanın Kəraçi şəhərində Ramazan ayında ərzaq paylama mərkəzində azı 11 nəfərin öldüyü məlum olub. Polisin məlumatına görə, səkkiz qadın və üç uşaqdan ölüb.


Ötən il oktyabrın 30-da Seulun mərkəzində Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdiham nəticəsində isə 151 nəfərin öldüyü məlum olmuşdu. Bundan başqa, azı 82 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...