"ABŞ MDB-ni məhv etmək istəyir" - Sergey Lebedev

ABŞ dövlət katibi Entoni Blinkenin son bəyanatlarında Vaşinqtonun Müstəqil Dövlətlər Birliyini (MDB) məhv etmək və Müstəqil Dövlətlər Birliyini Rusiyadan “ayırmaq” istəyindən danışılır. 

 

Sfera.az xəbər verir ki, bunu TASS-a müsahibəsində MDB-nin Baş katibi Sergey Lebedev deyib. 


“Amerika Birləşmiş Ştatlarının dövlət katibinin son səfərləri və yeri gəlmişkən, Mərkəzi Asiya ölkələrinə səfərləri zamanı verdiyi bəyanatlar da onu göstərir ki, ABŞ-nin MDB-ni dağıtmaq istəyi çox güclüdür”, - Lebedev bildirib.

 

Onun sözlərinə görə, MDB bu faktdan narahatdır.

 

“Bu baxımdan, MDB ölkələri bu təzyiqə qarşı çıxmaq üçün öz səylərini birləşdirməyə çalışır”, - baş katib bildirib.


Xatırladaq ki, keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik 8 dekabr 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan daxildir.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR