Paşinyan KTMT missiyasına “yaşıl işıq” yandırdı

Paşinyan KTMT missiyasına “yaşıl işıq” yandırdı

“Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır”.

 

Sfera.az bildirir ki, bunu Nikol Paşinyan Rusiya Federasiyasının KTMT missiyasını Ermənistan ərazisində yerləşdirməyə hazır olmasına dair fikirləri şərh edərkən deyib.

 

“Təkcə Rusiya deyil, Ermənistan da buna hazırdır. Bizim istəyimiz mümkün missiyanın effektiv olmasıdır. Bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Bu istiqamətdə müzakirələri davam etdiririk”, - deyə Paşinyan bildirib.

 

O həmçinin qeyd edib ki, KTMT və Avropa İttifaqının (Aİ) missiyalarını müqayisə etmək olmaz, çünki Ermənistanın olduğu kimi KTMT-nin də Ermənistan qarşısında təhlükəsizlik öhdəlikləri var: “Bizim KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”.

 

Xatırladaq ki, bundan əvvəl KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov qurumun Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu bəyan edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...

Dodi Əl-Fayedin atası kral malikanəsindən cinsi istismar üçün istifadə edib?

2023-cü ildə 94 yaşında dünyasını dəyişən misirli milyarder Mohamed Əl-Fayed bir neçə qadın tərəfindən zorlamada ittiham edilib. Onlardan bəziləri Parisdəki &ld...