Türkiyədə seçkilərin taleyi birinci turda həll olunacaq? - RƏY

Türkiyədə seçkilərin taleyi birinci turda həll olunacaq? - RƏY

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop seçkilərin ilk turda başa çata biləcəyi ehtimalını yüksək qiymətləndirərərək ikinci tura ehtiyac qalmayacağını iddia edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Qərb, xüsusilə ABŞ Ərdoğanın seçkilərdə qalib gəlməsini istəmir:

 

“ABŞ-yə müstəqil siyasət yeridən lider yox, onun hər dediyi ilə oturub-duran siyasətçi lazımdır. Bu mənada, ola bilsin, Qərb müxalifətin, ələlxüsus Kılıçdaroğlunun qalib gəlməsində maraqlıdır. Hətta CHP sədrinə gizli dəstəyin verilməsi də mümkündür.  Lakin seçkilərdə AK partinin və Ərdoğanın qalib gələcəyini proqnozlaşdırmaq olar. Hətta mümkündür ki, məhz Şəntopun dediyi kimi olacaq, ikinci tura ehtiyac qalmayacaq”.

 

Müsahibimiz seçkilərə bir aydan az vaxt qaldığını xatırladıb:

 

“Seçkilərin kifayət qədər gərgin şəraitdə keçəcəyini indidən təxmin etmək olar. Hakim AK partinin seçki kampaniyası sürətlə davam edir. Doğrudur, fevralın 6- da baş vermiş dəhşətli zəlzələ və onun nəticələri mövcud iqtidarın reytinqinə mənfi təsir edib. Buna baxmayaraq, hakimiyyətin ötən iyirmi il ərzində gördüyü işlər də göz önündədir”.

 

Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkilərinin ilk turu mayın 14-də keçiriləcək. Əgər ilk turda nəticə olmazsa, ikinci tur 2 həftə sonra, yəni ayın 28-i keçiriləcək.

 

Xatırladaq ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...