"Whatsapp"da yeni FUNKSİYA: "iPhone" istifadəçiləri... 

"Whatsapp" mesajlaşma platformasının tərtibatçıları messencerin iOS versiyası üçün növbəti yenilənməni təqdim edib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, yenilənmə ilə messencerin iOS versiyası stikerlərin yaradılması funksiyasını qazanıb.

 

Onun vasitəsilə "iPhone" istifadəçiləri birbaşa "Whatsapp" daxilində stikerlər yarada bilərlər. Sözügedən funksiyanın istifadəsi rahatdır və o, "iPhone"larda fotoların redaktə olunması imkanından istifadə edir.


Stikerin yaradılması üçün ilk növbədə hansısa fotonu açıb əks olunan obyektlərdən hansının stiker olması lazım olduğu təyin edilməlidir. Sonra seçilən obyektin üzərinə klikləyib bir neçə saniyə gözləmək lazımdır. Açılmış pəncərədə "copy/lookup" düyməsinə klikləyəndən sonra "Whatsapp"a daxil olub istənilən çatı açmalısınız.

 

Daha sonra seçilmiş obyekti mətnlərin yazılması üçün olan sahəyə yerləşdirmək lazımdır. Nəticədə yerləşdirilmiş obyekt avtomatik olaraq stiker şəklində göndəriləcək.(lent.az)


OXŞAR XƏBƏRLƏR

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...

Sevginin bitdiyini və sadəcə vərdişə çevrildiyini necə anlamaq olar?

Bəzən insanlar uzun illər birlikdə yaşayır, amma artıq bir-birlərinə sevgi hiss etmirlər. Sadəcə rahatlıq və vərdişə görə bir yerdə qalırlar - qonşu, ya bacı-qa...