Almaniya Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi verdi

Almaniya Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi verdi

Almaniya Rusiyanın hücumlarına qarşı Ukraynaya dəstəyini davam etdirir.

 

Sfera.az xəbər verir ki, Almaniya hökuməti “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya çatdırıldığını açıqlayıb.

 

Almaniya federal hökumətinin rəsmi saytında verilən açıqlamada Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi və döyüş sursatının çatdırıldığı bildirilib.

 

Bundan əlavə, Ukraynaya 16 “Zetros” markalı yük maşını və daha 2 sərhəd mühafizə maşınının göndərildiyi qeyd olunub.


Məlumata görə,2022-ci il yanvarın 1-dən 2023-cü il aprelin 17-dək Ukraynaya 2,7 milyard avro dəyərində hərbi texnikanın göndərilməsi təsdiqlənib.

 

Xatırladaq ki, Almaniya hökuməti ötən ilin yanvarında Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi verəcəyini açıqlamışdı.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...