İqtisadi böhran yaşayan Livanda maaşlar 4 dəfə artırıldı 

İqtisadi böhran yaşayan Livanda maaşlar 4 dəfə artırıldı 

İqtisadi böhran içində olan və yerli valyutanın dollar qarşısında record həddə dəyər itirdiyi Livanda hökumət dövlət qulluqçularının maaşlarını təxminən 4 dəfə artırıb. 

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, ən aşağı məmur maaşı 27 dollardan 90 dollara qaldırılıb.

 

Livanın baş naziri Nəcib Mikatinin iştirakı ilə paytaxt Beyrutdakı Hökumət Sarayında iclas keçirilib.

 

Görüşdən sonra Livanın informasiya naziri Ziyad Makari kameralar qarşısına keçərək hökumətin dövlət qulluqçularının maaşlarının yaxşılaşdırılması ilə bağlı qərarını izah edib.

 

Mekari məmurların ən aşağı maaşının 2 milyon 600 min Livan funtundan (27 dollar) 9 milyon Livan funtuna (90 dollar) yüksəldildiyini açıqlayıb. Mayın 1-dən etibarən yeni maaşların verilməyə başlayacağını deyən Mekari ən aşağı pensiyanın 7 milyon funta (72 dollar) yüksəldildiyini qeyd edib.

 

Mekari yanacaq qiymətlərindəki yüksək artım səbəbiylə yol tarifində bəzi düzəlişlər edildiyini və məmurlara gündəlik 450 min Livan funtu (5 dollar) yol haqqı ödəniləcəyini bildirib.

 

Qeyd edək ki, təqaüddə olan əsgərlər və dövlət qulluqçuları maaşlarını artırmaq üçün mart ayından Hökumət Sarayının qarşısında nümayişlər keçirirlər.
2019-cu ilin oktyabrında Livanda başlayan nümayişlər, hökumətin istefası, Beyrutdakı liman partlayışı və Kovid-19 epidemiyası kimi hadisələr ölkə iqtisadiyyatına dərindən təsir edib.

 


Təxminən 3,5 ildir davam edən iqtisadi böhran şəraitində valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq üçün banklardakı dollar depozit hesabları dondurulub.
Ölkədə 2019-cu ildə 1 ABŞ dolları 1500 Livan funtu olub, 2022-ci ilin yanvar ayında 1 ABŞ dolları 20 min Livan funtuna qədər qalxıb. Son 1 ildə ölkə valyutasının sürətlə ucuzlaması davam edib. Əhalinin 80 faizinin yoxsulluq həddində olduğu bildirilən Livanda martın 14-də qara bazarda 100 min Livan funtu səviyyəsində satılan dollar, martda 140 min Livan funtu çataraq yeni rekord qırıb. Hazırda qara bazarda 97 min livraya satılır. 


Böhrandan əvvəl Livanda bir dövlət qulluqçusu min dollar maaş alırdısa, hazırda həmin maaş 90 faiz “əriyərək” 100 dollardan aşağı düşüb.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...