Maraqlı qəza - Avtomobil evin damına çıxdı - FOTO

Maraqlı qəza - Avtomobil evin damına çıxdı - FOTO

Kaliforniyada qəribə qəza baş verib. Qəza nəticəsində avtomobil evin damına çıxıb.
 

Sfera.az bildirir ki, qəza “Subaru Outback”in sürücüsünün idarəetməni itirərək yoldan çıxaraq uçması səbəbindən baş verib. Tras təpənin üstündə, ev isə yamacın altında yerləşdiyi üçün avtomobil dama çırpılıb.
 

Hadisə Kaliforniyanın paytaxtı Sakramento şəhərinin ətraflarında baş verib. Hadisə yerinə gələn polis, xilasedicilər və təcili tibbi yardım briqadası evin damında “Subaru Outback” markalı avtomobilin divarı və 2-ci mərtəbənin pəncərəsini qıraraq aşdığını aşkar edib.
 

Məlum olub ki, sürücü maşında olub. Sürücü avtomobili ram etmək üçün motoru söndürməli və ağırlığı altında az qala dağılan damı dəstəkləməli olub.

 

Sürücü xəstəxanaya çatdırılıb, xoşbəxtlikdən ciddi xəsarət almayıb. Evin sakinləri də xəsarət almayıb. Avtomobil kranla damdan çıxarılmalı olub,evin təmirə ciddi ehtiyacı var.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...