27 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlandı

27 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlandı

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. 

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Sfera.az-a verdiyi məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. 

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR