TikTok-dan trendi təkrarlamağa çalışan yeniyetmə öldü - FOTO

TikTok-dan trendi təkrarlamağa çalışan yeniyetmə öldü - FOTO

ABŞ-ın Ohayo ştatında 13 yaşlı Ceykob Stivens yeni məşhur TikTok trendini təkrarlamaq üçün qəbul etdiyi reseptsiz dərmanın həddindən artıq dozası nəticəsində faciəvi şəkildə ölüb.

 

Sfera.az bildirir ki, Jacob Stevens adlı azyaşlı uşaq "Benadryl Challenge" yarışmasında iştirak etmək istəyib.


Qeyd edək ki, "Benadryl Challenge" iştirakçıların halüsinasiyalar yaratmaq üçün həb qəbul etdiyi yarışmadır. 12-14 antihistaminik həb qəbul edən uşağın bədəni buna dözməyib, həkimlər də ona kömək edə bilməyiblər.
 

“The New York Post” bildirib ki, potensial olaraq bu tendensiya 2020-ci ildə yaranıb.


Jacobun atası Castin KİV-ə bildirib ki, oğlu keçən həftə sonu həddindən artıq dozanı qəbul edən zaman dostları ilə evdə olub.
 

"O, həbləri udub. Onun bədəni üçün bu doza çox olub"-deyə uşağın atası bildirib.
 

Yakob təcili olaraq xəstəxanaya çatdırılaraq, süni nəfəs aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, uşaq 6 gün sonra dünyasını dəyişib. Atası oğlunun bir daha oyanmayacağı barədə dəhşətli xəbəri aldığını acı içərisində xatırlayır.
 

"Beyin tomoqrafiyasına baxdıq, heç nə yox idi. Dedilər ki, onu süni nəfəs aparatında saxlaya bilərik, amma o, heç vaxt oyanmayacaq, heç vaxt gözlərini açmayacaq, nəfəs almayacaq, gülümsəməyəcək, yeriməyəcək və danışmayacaq"- deyə o biıdirib.
 

Bu hadisədən sonra kişi digər valideynlərə xəbərdarlıq edib ki, övladlarının sosial şəbəkələrdə nə etdiklərinə mütləq baxsınlar.


“The New York Post” qeyd edir ki, Jacob “Benadryl Challenge”in ilk qurbanı deyil. 2020-ci ilin avqustunda 15 yaşlı qız bu təhlükəli kaskadyorluğa cəhd edərkən allergiya dərmanının həddindən artıq doza qəbulu nəticəsində ölüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....