Təranə Səmədovanın cinayət işinin bəzi detalları məlum oldu

Təranə Səmədovanın cinayət işinin bəzi detalları məlum oldu

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun həyat yoldaşı Rasim Həsənovun cinayət işinin bəzi detalları məlum olub.

 

Sfera.az xəbər verir ki, istintaq materiallarında qeyd olunub ki, onlar qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul tələb ediblər.

 

Aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyadı şərtidir) fotoşəkillərini əldə edib. Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “Instaqram” və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədova və R.Həsənov ondan 3 min manat tələb ediblər.

 

Beləliklə, ötən ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.

 

Bundan başqa, T.Səmədova və R.Həsənov təkrarən Altay Səfirovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

 

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır. 


OXŞAR XƏBƏRLƏR

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...

Sevginin bitdiyini və sadəcə vərdişə çevrildiyini necə anlamaq olar?

Bəzən insanlar uzun illər birlikdə yaşayır, amma artıq bir-birlərinə sevgi hiss etmirlər. Sadəcə rahatlıq və vərdişə görə bir yerdə qalırlar - qonşu, ya bacı-qa...